Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
01:20 01/4/2015
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
02:42 29/3/2015
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Kürdəmir icra başçısından sahibkarlara yeni tələ: ONLARI TUTDURUR
Ağstafa rayon Qıraq Kəsəmən kənd icra nümayəndəsi Nurəddin Yaqubəliyevin diplomu saxtadır.
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ KADR İSLAHATLARI

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İstefaya gedəcək məmurların siyahısı açıqlandı

İstefaya gedəcək məmurların siyahısı açıqlandı
Hazırda fəaliyyətdə olan bəzi nazirlərimiz isə lap qısa zamanlarda kreslolarını əldən verməsələr, bu rekordu təzələyəcəklər. Amma bu rekordu təzələyənlər artıq var.

İstefaya göndəriləcək 78 yaşlı Baş nazirin komandası; Ən uzun ömürlü nazir rekordunu kim qazanacaq?


Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.


Konstitusiya Məhkəməsi yeni seçilmiş prezidentin səlahiyyətlərini təsdiq edəndən 3 gün sonra ölkə başçısı hökumətin tərkibinə yenidən baxacaq. Üçüncü dəfə ölkə başçısı postunda əyləşəcək İlham Əliyev iqtidarında yeni hökumətin tərkibini müəyyənləşdirəcək. Ölkə başçısının seçkiöncəsi ad çəkmədən məmurlara ünvanladığı ümumi xəbərdarlıqlar rəhbər postlarında dəyişikliklər ediləcəyinə işarə saymaq olardı. 


Əvvəla xatırlatma üçün deyək ki, son illərə kimi Azərbaycanın ən uzunömürlü naziri keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu sayılıb. O 17 il (1989-2006) nazir postunda əyləşib. 


Hazırda fəaliyyətdə olan bəzi nazirlərimiz isə lap qısa zamanlarda kreslolarını əldən verməsələr, bu rekordu təzələyəcəklər. Amma bu rekordu təzələyənlər artıq var.  


Baş nazir Artur Rasizadə deyəsən ən uzunömürlü nazir kimi Azərbaycan tarixinə düşən Polad Bülbüloğlunun “rekord”unu təzələyəcək. Belə ki, qısa fasilələrlə 17 ildir ki, Azərbaycanın Baş naziri postunu tutan 78 yaşlı Artur Rəsizadə 1996-cı ilin mayında Baş nazirin birinci müavini, elə həmin ilin noyabrında Baş nazir vəzifəsinə təyin edilib. 2003-cü ilin avqustunda İlham Əliyevin Baş nazir təyin edilməsindən sonra üç ay Baş nazirin müavini vəzifəsində olub. Yaşı və səhhətilə bağlı Baş nazirlikdən öz razılığı ilə getdiyi barədə məlumatlar yayılsa da, İ.Əliyev prezident seçiləndən sonra, 2003-cü ilin noyabrında A.Rasizadə yenidən “öz postu” na qayıdıb. Hazırda həmin vəzifəni icra etməkdədir. 


Baş nazirin 1-ci müavini, 68 yaşlı Yaqub Eyyubov uzun illərdir Artur Rasizadə ilə çiyin-çiyinə işləyir. O, 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Bu isə o deməkdir ki, cənab Eyyubov 14 ildir Nazirlər Kabinetində yüksək vəzifə tutur.


Baş nazirin digər müavini, 73 yaşlı Abid Şərifov isə 1995-cü ilin noyabr ayından hazırkı vəzifəsində çalışır – 18 il.


Baş nazirin digər müavini, 65 yaşlı Əli Həsənov 15 ildir eyni vəzifədə çalışır. Əli müəllim 1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavinidir. 


Baş nazirin müavini Elçin Əfəndiyevin 70 yaşı var. 1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev 20 ildir eyni hakimiyyət kürsüsündə əyləşir.


65 yaşlı general-polkovnik Ramil Usubov 1994-cü ildən daxili işlər naziri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının daxili işlər naziri artıq 19 ildir yorulmadan eyni vəzifədə işləyir. 


Müdafiə naziri Səfər Əbiyev də 1995-ci ildən müdafiə naziridir. 63 yaşlı general  18 ildir ki, bu vəzifəni tutur.  


Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2006-cı ilin fevralından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. 52 yaşlı Kəmaləddin müəllimin bu vəzifədə çalışmasının 7 ili tamam olub.


Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov 2004-cü ildə hazırki vəzifəsinin başına keçib. General 9 ildir -Azərbaycanın xüsusi xidmət orqanına rəhbərlik edir. Onun 57 yaşı var. 


Müdafiə sənayesi naziri Yavər Camalov 2006-cı ilin mart ayında nazir postuna  təyin edilib. 64 yaşlı nazir 7 ildir bu vəzifəni həyata keçirir.


58 yaşlı ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin aprel ayında ədliyyə orqanının başına gətirilib. Fikrət müəllim eyni vəzifə tutmasının 13-cü ili tamam olub.


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik edir. 62 yaşlı Məzahir müəllim artıq 13 ildir yorulmadan eyni postda çalışır, seçkilər keçirir.


Yaxınlarda 60 yaşını qeyd edəcək vergilər naziri Fazil Məmmədov 14 ildir nazir vəzifəsindədir.


Nazirlə həmyaşıd olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 13 ildir tələbə qəbulu sahəsinə rəhbərlik edir.


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 66 yaşlı sədri Qərib Məmmədov 18 aprel 2001-ci il tarixində bu vəzifənin başına keçib. Qərib müəllimin komitə sədri postunu tutmasının 12 ili tamam olur.


61 yaşlı nəqliyyat naziri Ziya Məmmədov isə 11 ildir eyni kürsüdə əyləşir.


52 yaşlı Maliyyə naziri Samir Şərifov 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziridir. Samir müəllim artıq 7 ildir bu vəzifənin sahibidir.


55 yaşlı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 2006-cı ilin fevralında indiki vəzifəsinə gətirilib. O, 7 ildir eyni vəzifə kürsüsündə əyləşir.


Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da bu vəzifədə stajı az deyil. O, 2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəridir. Bu isə cənab 58 yaşlı Bağırovun 12 ildir ekologiya sahəsinə rəhbərlik etdiyini deməyə əsas verir. 


İqtisadi inkişaf naziri, 48 yaşlı Şahin Mustafayev 2008-ci il oktyabrın 31-dən iqtisadi inkişaf naziridir. O, 5-ci ildir nazir kürsüsündə əyləşir.


53 yaşlı xarici işlər naziri Elmar Məmmədyarov 9 ildir bu vəzifədə çalışır. Elmar müəllim 2004-cü ildən xarici siyasətimizə rəhbərlik edir.


Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2002-ci ilin 17 dekabr tarixində bu vəzifəyə təyin edilib. Pensiyaçılar 52 yaşlı Səlim müəllimi 11 ildir bu vəzifədə görürlər.


Kənd təsərrüfatı naziri İsmət Abasov bu vəzifədə 9 ildir işləyir. 59 yaşlı İsmət müəllim 23 oktyabr 2004-cü ildən isə kənd təsərrüfatı naziridir.


Rabitə və informasiya texnologiyaları naziri, 60 yaşlı Əli Abbasov 9 ildir rabitə sahəsində ən yüksək vəzifəni tutur


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 8 ildir bu mərkəzi icra hakimiyyətinə rəhbərlik edir. Onun 52 yaşı var.


Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovun bu vəzifədə stajı çoxdur. 44 yaşlı K.Həsənov 2005-ci ildən Əmlak Məsələləri Komitəsinin sədri vəzifəsini tutur. Deməli 8 ildir eyni vəzifə kürsüsündə əyləşir.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2006-cı ildən mədəniyyət və turizm naziri posunu tutur. 57 yaşlı nazir 7 ildir eyni vəzifə kürsüsündə əyləşir.


49 yaşlı gənclər və idman naziri Azad Rəhimov 7 ildir gənclər və idman sahəsində rəhbər şəxsdir.


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2002-ci ildən bu vəzifədədir. 50 yaşlı komitə sədri 11 ildir vəzifə kürsüsünü dəyişmir.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev 2006-cı ilin fevral ayından bu vəzifədə çalışır. Aydın Əliyevin eyni vəzifədə çalışmasının 7 ili tamam olub.


Səhiyə naziri Oqtay Şirəliyev 8 ildir səhiyyə sahəsinə rəhbərlik edir.


Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İskəndər Çəndirli 5 ildir bu vəzifədə çalışır. 


Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov 1995-2006-cı illərdə bu vəzifədə çalışıb. 2007-2008-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. 2008-ci ildə yenidən  Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə qaytarılıb. Kamran müəllim 5 ildir eyni vəzifə kürsüsündə əyləşir.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov yüksək vəzifə tutan məmurlar arasında ən az staja malik olan şəxsdir. 31 may 2012-ci il tarixində bu vəzifəyə təyin edilib – təxminən 1 il 6 ay.


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 8 ildir bu vəzifəə çalışır. 


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 7 ildir eyni vəzifə başındadır. 


Sənaye və energetika naziri Natiq Əliyev 9 ildir sənaye və energetika sahəsində rəhbər məmurdur.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov yaşlı məmurlar sırasına daxildir. 76 yaşlı Abbas müəllim  6 ildir komitəyə rəhbərlik edir.


Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevi isə şəriksiz olaraq eyni vəzifədə ən çox işləyən məmur saymaq olar. O, 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. Bu isə düz 20 il edir.


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı həmkarlarından xeyli cavan və stajı azdır. O, 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilib. Cənab Aslanlı 5-ci ildir bu postda çalışır. 


Bunlardan başqa Nazirlər Kabinetinin istefaya göndəriləcək heyətinə aşağıdakı məmurlar da daxildir:


Mikayıl Cabbarov – təhsil naziri


Kamran İmanov - Müəllif Hüquqları Agentliyinin sədri


İnam Kərimov - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət   Agentliyinin sədri


Akim Bədəlov - Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri


Qüdrət Qurbanov - Dövlət Dəniz Administrasiyasının rəisi


Fuad Quliyev - Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru


Firidun Nəbiyev - Dövlət Miqrasiya Xidmətinin rəisi


Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi


Arzu Rəhimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi


Ataxan Paşayev - Milli Arxiv İdarəsinin rəisi (modern.az)

Teqlər:
Bu xəbər cəmi 2035 dəfə oxunuldu
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info

Hava haqqinda